Braziliyada baş verən hadisə dünya ictimaiyyətinin diqqətini çəkib. Belə ki, 19 ildir evli olan cütlük, bacı-qardaş olduqlarını öyrəniblər.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı Adriana və 37 yaşlı Leandro uzun müddət sonra bioloji analarını tapıblar. Lakin bu xoş təsadüf heç də müsbət nəticələnməyib. Məlum olub ki, Maria adlı qadın həm Adriananın, həm də Leandronun anasıdır. Beləliklə, cütlük bacı-qardaş olduqlarını öyrəniblər.
Bir övladları olan braziliyalılar buna baxmayaraq, münasibətlərini davam etdirməyə qərar verib.
Ekspertlər bildirirlər ki, belə vəziyyətlərdə Genetik Seksual Cazibə (Genetic Sexual Attraction) kimi psixoloji amillər təsirli ola bilər.
Ayxanım Məlikova