AZ

"Münxen səfəri Azərbaycanın postmünaqişə dövründə artıq yeni mərhələyə keçdiyini nümayiş etdirdi" - Deputat

Fevralın 14-ü İlham Əliyev Almaniyanın Münxen şəhərində səfərdə oldu. Səfər zamanı Təhlükəsizlik Konfransında da iştirak etdi. Bu konfransda ilk dəfə sülhü əldə etmiş ölkə kimi iştirakımız baş tutdu. Bundan əlavə prezidentimizin bir çox rəsmi nümayəndələrlə görüşləri baş tutdu. 

Dövlət başçısının Münxen səfərini Redaktor.az-a şərh edən deputat Razi Nurullayev bildirdi ki, Azərbaycanın Prezidentinin Münxen Təhlükəsizlik Konfransında artıq münaqişəni həll etmiş, sülhə doğru real addımlar atan ölkənin lideri kimi iştirak etməsi mühüm siyasi mesajdır.

"Bu, Azərbaycanın regionda müharibə aparan tərəf yox, sülh gündəliyi formalaşdıran və yeni reallıqları qəbul etdirən dövlət olduğunu beynəlxalq auditoriyaya bir daha göstərdi. Konfrans çərçivəsində keçirilən çoxsaylı görüşlər Azərbaycanın mövqelərinin birbaşa, vasitəsiz şəkildə əsas qlobal aktorlara çatdırılması baxımından əhəmiyyətlidir. Belə platformalarda aparılan danışıqlar təkcə ikitərəfli münasibətlərin inkişafına yox, eyni zamanda Azərbaycanın regional sabitlik, nəqliyyat və enerji təhlükəsizliyi ilə bağlı təşəbbüslərinin daha geniş auditoriyaya təqdim olunmasına xidmət edir. Bu, ölkəmizin beynəlxalq gündəmdə rolunun artdığını göstərir. Ümumilikdə, Münxen səfəri Azərbaycanın postmünaqişə dövründə artıq yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Bu mərhələdə əsas hədəf əldə olunmuş reallıqları möhkəmləndirmək, sülh prosesini hüquqi müstəviyə daşımaq və Azərbaycanın regional və qlobal proseslərdə etibarlı tərəfdaş imicini daha da gücləndirməkdir", - deyə millət vəkili əlavə etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
102
1
redaktor.az

2Mənbələr