AZ

Berlin və London narahatdır: Rusiyanın planları Ukraynadakı müharibədən kənara çıxır

Moskvanın aqressiv niyyətləri Ukraynadakı "mövcud münaqişədən kənara çıxır".

Herbiand.az xəbər verior ki, bu barədə Bundesverin Baş Müfəttişi (Almaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə uyğundur) Karsten Breuer və Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, Hava Qüvvələrinin Baş Marşalı Riçard Naytonun birgə məqaləsində deyilir. Məqalə 15 fevral bazar günü The Guardian və Die Welt qəzetlərində dərc olunub.

Breuer və Nayton yazır: "Onun [Rusiyanın - red.] silahlı qüvvələri yenidən silahlanır və Ukraynadakı müharibədən dərs çıxarır, NATO ölkələri ilə münaqişə riskini artıra biləcək şəkildə yenidən təşkil olunur". Onlar inanırlar ki, bu, Kremlin artan hərbi qüdrətini və "qitəmizdə müharibə aparmağa" hazırlığını əks etdirir.

Seçilən
32
herbiand.az

1Mənbələr