AZ

Növbəti köç karvanı Hadrut və Qırmızı bazar qəsəbələrinə çatıb - YENİLƏNİB

Növbəti
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı bazar və Hadrut qəsəbələrinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsi 10 ailə olmaqla 47 nəfərə, Qırmızı bazar qəsəbəsi isə 20 ailə olmaqla 91 nəfərə qucaq açıb. Qəsəbələrdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar. 12:07 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdış prosesi davam etdirilir. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavənd rayonunun Hadrut və Qırmızı bazar qəsəbələrinə növbəti köç prosesi gerçəkləşir. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavəndin Hadrut qəsəbəsinə 10 ailə - 47 nəfər, Qırmızı bazar qəsəbəsinə 20 ailə - 91 nəfər köçürülür. Doğma yurda yola düşən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Seçilən
40
15
1news.az

10Mənbələr