“Bolmart” supermarketlər şəbəkəsində müştəriləri rəf və kassa qiymətində aldadırlar.
“Supermarketlərdə rəsmən müştərinin cibinə girirlər. Mən də çoxları kimi yoxlamırdım. Necə olursa həmişə kassa qiyməti rəfdən daha baha olur. Mən bu yaxınlarda “Bolmart”dan alış-veriş etdim və maraq üçün qiymətləri yoxlamağa başladım. Elə ananasın üzərinə vurulmuş 18.5 kassada 20.5 olaraq çıxıb. Yəni hər adamdan ən azı 2 manat artıq alanda görün nə qədər pul edir”.
Qeyd edək ki, “Bolmart” marketlər şəbəkəsi “Pro Mart” MMC-yə məxsusdur və şirkətin əsas sahibi hazırda həbsdə olan Adnan Əhmədzadədir. O, eyni zamanda «Rahat Market» və «Port Baku Bazar» şəbəkələrinin də sahibidir. Şirkətin rəsmi qanuni təmsilçisi və rəhbərliyində zaman-zaman dəyişikliklər baş verib. Şirkətin sonuncu rəhbərləri Bəhruz Əhmədov, Ramil Məmmədov olub.
Qarşı tərəfi dinləməyə hazırıq.

