Telegram messencerinin administrasiyası bir gün ərzində yüz minlərlə kanal və qrupu bloklayıb. Oxuməni.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında mövcuddur.
Qeyd olunur ki, fevralın 15-də platforma qadağan olunmuş məzmunlu 235 mindən çox qrup və kanalı bloklayıb. Telegram-ın məlumatına görə, onların arasında pornoqrafik materiallar yayan icmalar, eləcə də terrorizmə çağıran qruplar olub.
Fevralın 10-da Telegram-ın Rusiyada işinin yavaşladığı məlum olub. Bundan əlavə, messencerə qadağan olunmuş məlumatları silmədiyi üçün ümumilikdə 64 milyon rubla qədər cərimə tətbiq edilə biləcəyi bildirilmişdi.
Almaz Həsənli