AZ

Növbəti köç karvanı Hadrut və Qırmızı Bazar qəsəbələrinə çatdı YENİLƏNİB

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsi 10 ailə olmaqla 47 nəfər, Qırmızı Bazar qəsəbəsi isə 20 ailə olmaqla 91 nəfər köçürülüb. Qəsəbələrdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

***

Xocalı şəhəri, Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə ümumilikdə 60 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qeyd olunan yaşayış məntəqələrinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalı şəhərinə 30 (149 nəfər), Hadrut qəsəbəsinə 10 (47 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (91 nəfər) qayıdışı təmin olunub.

Oxunub 44

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
21
avtosfer.az

10Mənbələr