AZ

Növbəti köç karvanı Xocalıya çatıb, açarlar təqdim edildi

Bu gün Xocalıya növbəti köç həyata keçirilib.

Aznews.az xəbər verir ki, 149 nəfərdən ibarət 30 ailəyə mənzillərin açarlarını təqdim edilib.

Mərasimində iştirak edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, yaşayış evləri, sosial obyektlər inşa edilir və sakinlərin rahat, təhlükəsiz şəkildə məskunlaşması üçün hərtərəfli şərait yaradılır. Doğma yurda qayıdan insanların məşğulluq məsələsi də daim diqqətdə saxlanılır. Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam edir.

Seçilən
26
1
aznews.az

10Mənbələr