UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl Yunayted” qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "köhlənlər"in baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 17-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə eyni məkanda təmsilçimizin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) olacaq.
Qonaq komandanın baş məşqçisi Eddi Haunun mətbuat konfransı saat 20:30-da start götürəcək. “Nyukasl Yunayted”in ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21:00-da başlayacaq.
Media nümayəndələri akkreditasiyalarını fevralın 17-də saat 11:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından əldə edə bilərlər.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” görüşü saat 21:45-də start götürəcək.