AZ

Vüqar Məmmədovun həbs qətimkan tədbirinin uzadılmasına dair apellyasiya şikayəti təmin edilməyib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı zamanı saxlanılan “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib.

Qərara əsasən, Vüqar Məmmədovun həbs qətimkan tədbirinin uzadılmasına dair şikayət təmin edilməyib.

Vüqar Məmmədov ötən il oktyabrın 29-da DTX-nin “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılıb. Baş redaktor barəsində məhkəmə tərəfindən ilkin olaraq 3 ay 13 gün həbs qətimkan tədbiri seçilmiş, bu il fevralın 9-da isə həbs müddəti əlavə 3 ay uzadılıb.

Aytac 

Seçilən
24
13
anews.az

10Mənbələr