AZ

Həkim laborant: Yeniyetməlik dövrü fizioloji, psixoloji və sosial xüsusiyyətlərin inkişafı ilə səciyyələnir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 16 fevral, Günel Türksoy, AZƏRTAC

Yeniyetməlik dövrü fizioloji, psixoloji və sosial xüsusiyyətlərin sürətli və özünəməxsus şəkildə inkişafı ilə səciyyələnir. Bu dövrdə müşahidə edilməsi vacib olan ən mühüm amil hormonal profildə izlənilən dəyişikliklərdir. Hormonlar bu dövrdə inkişaf, metabolizm, cinsi və emosional sağlamlığı tənzimləyən əsas indikatorlardır. Bu dövrü izləmək yeniyetmələrin hormonal inkişafının statusunu anlamağa, vaxtından əvvəl anomaliyaları aşkar etməyə və uzunmüddətli sağlamlığa töhfə verməyə imkan yaradır

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Ailə Planlanması Məsləhətxanasının həkim-laborantı Könül Abasova deyib.

O qeyd edib ki, hormonal inkişaf yeniyetməlik dövründə əsasən üç mərhələdə izlənilir. Bu mərhələlərfdən birincisi 10–13, ikincisi 14–16, üçüncüsü 17–19 yaş aralığını əhatə edir.

Onun sözlərinə görə, yeniyetmələrdə hormonal profilin diaqnostikası üçün ümumi qan analizi, qlükoza və metabolizmik sağlamlıq üçün lipid testlərin verilməsi göstəriş ola bilər: “Cinsi sağlamlığın statusunu dəyərləndirmək üçün isə estrogen, testesteron, folikul-stimullaşdırıc hormon, tiroid, kortisol və prolaktin hormonalarının səviyyələrini yoxlamaq vacibdir. Diabetli və ya insulin resistentliyi olan pasiyentlər üçün ağız qlükoza testləri, polikistoz və ya digər əlaqəli xəstəliklər üçün sidik-cinsiyyət orqanlarının USM ilə müayinəsi, xüsusi göstəriş olduğu halda isə rentgen və MRT yoxlamaları aparıla bilər. Hormon sintezi üçün balanslı qidalanma vacibdir. Adekvat protein və sağlıqlı yağlar mühümdür. Daim aktiv fizioloji faəlliyət isə məşğul olmaq sümük sağlamlığı, mental sağlamlıq və insulin tənzimləyicidir. Xüsusilə, stresdən uzaq durmaqla, mental sağlamlıqlarını qoruya bilərlər. Bu, eyni zamanda, kortizol hormonu profilinə və cinsi sağlamlığa müsbət təsir edir. Ailənin tibbi keçmişində endokrin və metabolizm qaynaqlı xəstəlikləri olan yeniyetmələrin xüsusilə müntəzəm yoxlanışlardan keçməsi tövsiyə edilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azertag.az

1Mənbələr