AZ

BƏƏ li nazir: Azərbaycanla olan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi faydalı əlaqələrin qurulması üçün möhkəm təməl yaradıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 16 fevral, foto İlqar Cəfərov, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycanın iqtisadi əlaqələrini tənzimlənməsi üçün 2025-ci ildə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi var. Bu saziş səmərəli əməkdaşlıqlar, qarşılıqlı faydalı əlaqələrin qurulması üçün möhkəm təməl və əlerişli imkanlar yaradıb.

AZƏRTAC verir ki, bu sözləri BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak Bakıda keçirilən Azərbaycan-BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BƏƏ ərzaq təhlükəsizliyi sahəsində proaktiv və çoxşaxəli yanaşmanı təşviq edir, innovasiyaları, yüksək texnologiyaları və təsirli beynəlxalq əməkdaşlığı dəstəkləyir.

“BƏƏ iqlim baxımından çətin, quraq bir coğrafiyada yerləşsə də, biz kənd təsərrüfatı reallığımızı ən müasir texnologiyalar, yüksək texnoloji həllər və süni intellekt vasitəsilə transformasiya etməyə çalışırıq. BƏƏ-nin bir çox sahədə təşviq etdiyi bu yanaşma aqrar-ərzaq sektoruna da şamil olunur. BƏƏ-nin 2051-ci ilədək Milli Ərzaq Təhlükəsizliyi Strategiyası mövcuddur. Bu strategiya yerli səviyyədə daha dayanıqlı ərzaq istehsalının yaradılmasını, eyni zamanda, beynəlxalq əməkdaşlıqlar vasitəsilə qlobal miqyasda daha dayanıqlı ərzaq təchizatı zəncirinin formalaşdırılmasını hədəfləyir. Bu əməkdaşlıqdan gözlədiyimiz əsas nəticə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindəki (AZPROMO) həmkarlarımızla birlikdə izləyə biləcəyimiz, irəliləyişini qiymətləndirəcəyimiz strukturlaşdırılmış bir yol xəritəsinin hazırlanmasıdır. Bu yol xəritəsində konkret mərhələlər müəyyənləşdiriləcək, bugünkü müzakirələrdən doğan təşəbbüslərin icrası və inkişafı qiymətləndiriləcək. Beləliklə, bu gün başlayan dialoqların yaxın gələcəkdə real nəticələrə və praktik icraya çevrilməsini təmin edəcəyik.

Hər iki ölkə bu əməkdaşlığın qurulmasına və reallaşdırılmasına sistemli şəkildə yanaşır. Biz bu müzakirələrin nəticəsi olaraq hökumətlərarası və bizneslərarası əməkdaşlığın gücləndirilməsini təmin edəcəyik. Əsas məsələ ondan ibarətdir ki, hər iki dövlətdə iş adamları üçün imkanlar yaradılır onların fəaliyyəti təşviq edilir”, - deyə nazir əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
4
azertag.az

10Mənbələr