AZ

Kim Çen In Ukrayna-Rusiya müharibəsində həlak olanların yaxınlarına görün nə hədiyyə etdi – FOTO

Şimali Koreya lideri Kim Çen In paytaxt Pxenyanda Rusiyanın Kursk vilayətində həlak olmuş şimali koreyalı hərbçilərin xatirəsinə həsr olunan yeni yaşayış kvartalının və küçənin açılışında iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, yeni küçəyə “Sebel” (“Yeni ulduz”) adı verilib və açılış mərasimində Kim Çen In şəxsən iştirak edərək, həlak olmuş hərbçilərin ailələrinə mənzillərin açarlarını təqdim edib.

Məlumata görə, mərasim barədə məlumatı Şimali Koreyanın rəsmi informasiya agentliyi — Korean Central News Agency yayıb. Bildirilib ki, yaşayış kompleksinin tikintisi birbaşa Kim Çen Inin təşəbbüsü ilə həyata keçirilib və layihə bütün mərhələlərdə onun şəxsi nəzarəti altında olub.

Qeyd olunur ki, yeni salınan kvartal müasir infrastrukturla təchiz edilib və əsas məqsəd Kursk bölgəsində baş verən hadisələr zamanı həlak olmuş hərbçilərin ailələrinə sosial dəstəyin göstərilməsidir. Həmin hərbçilərin Kursk vilayəti ərazisində həlak olduğu bildirilir.

Rəsmi məlumatlara əsasən, bu addım Şimali Koreya rəhbərliyinin hərbçilərin ailələrinə xüsusi diqqət göstərdiyini nümayiş etdirmək və onların sosial təminatını gücləndirmək məqsədi daşıyır. Eyni zamanda, layihə paytaxtda yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramının tərkib hissəsi kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, yeni yaşayış kompleksinin açılışı həm də ölkə daxilində siyasi və ideoloji mesaj xarakteri daşıyır, hakimiyyətin hərbçilərə və onların ailələrinə sədaqətini vurğulamaq məqsədi güdür.

Aliyə 

NOCOMMENT.az 

Seçilən
90
nocomment.az

1Mənbələr