AZ

Azərbaycan və Serbiya interregional əməkdaşlıqda mühüm rol oynayırlar - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Serbiyanın interregional əməkdaşlığı ilə bağlı paylaşım edib.

Missiya.Az xəbər verir ki, diplomat bu barədə "X" sosial media hesabında yazıb.

"Azərbaycan və Serbiya strateji tərəfdaşlar və yüksələn orta güclər kimi interregional əməkdaşlıqda da mühüm rol oynayırlar - Azərbaycan Cənubi Qafqazda / daha geniş Xəzər hövzəsində, Serbiya isə Balkanlarda yerləşir.

Zəngəzur Dəhlizi / TRIPP təşəbbüsü Daha Geniş Xəzər / Mərkəzi Asiya ilə Balkan regionları arasında əlaqəliliyin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır", - o bildirib.

Seçilən
37
9
missiya.az

10Mənbələr