AZ

Dörd gün girovluqda olmuş Xocalı sakini doğma yurduna qayıtdı - FOTO

1992-ci ildə fevralın 25-26-na keçən gecə erməni-rus hərbi qüvvələri tərəfindən Xocalı işğal olunarkən girov götürülən şəhər sakini doğma torpağına qayıdıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən xəbərinə görə, 1959-cu il təvəllüdlü Gülüstan Fəxrəddin qızı Mərdəliyeva erməni girovluğunda 4 gün qalıb.

O, Xocalı şəhər poçtunda teleqraf köməkçisi işləyib.

Gülüstan Mərdəliyeva Xocalıya qayıdışını həyatının ən xoşbəxt günü adlandırıb. Bildirib ki, düşmənə ən yaxşı cavab qələbədir: "Bundan sonra əbədi doğma torpağımızda qalacağıma inanıram".

Seçilən
7
1
bakivaxti.az

2Mənbələr