AZ

Türkiyədən kakao ixracında rekord



Türkiyədə kakao ixracında rekorda imza atıb.

Newscenter.az Türkiyə Statistika İnstitutna istinadən bildirir ki, 2021-2025-ci illərdə bu məhsul növündə ixracatda 114 faiz artım qeydə alınıb.

Məlumata görə, 2021-ci ildə 775.496.000 dollar təşkil edən kakao ixracı 2022-ci ildə 942.577.000 dollara, 2023-cü ildə 1.020.668.000 dollara və 2024-cü ildə 1.127.346.000 dollara yüksəlib. Keçən il bu ixrac rəqəmi 1.664.947.000 dollarlıq rekord səviyyəyə çatıb. 2021-2025-ci illər ərzində Türkiyənin ümumi kakao ixracı 5,5 milyard dolları keçib.

Keçən il ixrac edilən 1,7 milyard dollarlıq kakaonun 244 milyon dolları ABŞ-ın payına düşüb. Bu ölkəni 175 milyon dollarla İraq, 102,8 milyon dollarla İran, 74,2 milyon dollarla Səudiyyə Ərəbistanı və 69,5 milyon dollarla Rusiya izləyib.

Anar
Seçilən
22
1
newscenter.az

2Mənbələr