AZ

Türkiyədən kakao ixracında rekord

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə kakao ixracında rekorda imza atıb.Newscenter.az Türkiyə Statistika İnstitutna istinadən bildirir ki, 2021-2025-ci illərdə bu məhsul növündə ixracatda 114 faiz artım qeydə alınıb.Məlumata görə, 2021-ci ildə 775.496.000 dollar təşkil edən kakao ixracı 2022-ci ildə 942.577.000 dollara, 2023-cü ildə 1.020.668.000 dollara və 2024-cü ildə 1.127.346.000 dollara yüksəlib. Keçən il bu ixrac rəqəmi 1.664.947.000 dollarlıq rekord səviyyəyə çatıb. 2021-2025-ci illər ərzində Türkiyənin ümumi kakao ixracı 5,5 milyard dolları keçib.Keçən il ixrac edilən 1,7 milyard dollarlıq kakaonun 244 milyon dolları ABŞ-ın payına düşüb. Bu ölkəni 175 milyon dollarla İraq, 102,8 milyon dollarla İran, 74,2 milyon dollarla Səudiyyə Ərəbistanı və 69,5 milyon dollarla Rusiya izləyib.Anar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
newscenter.az

2Mənbələr