AZ

Maqnit qasırğası başlayır - Xəbərdarlıq

14:13 16.02.2026
14:13 16.02.2026

Bu gün və ya sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Mynews.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd olunub ki, 16-22 fevral tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yüksəkləcəyi gözlənilir. Müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə bu gün və ya sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.


Seçilən
32
9
mynews.az

10Mənbələr