AZ

“Motosikletdən enmiş və onu əl ilə daşıyan şəxs digər yol iştirakçılarına mane olmamaq şərti ilə hərəkət edə bilər”

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Vətəndaş sosial şəbəkədə maraqlı sual ünvanlayıb. O bildirir ki, əgər motosikletlə əks istiqamətdə hərəkət etmək lazımdırsa, onu sürmək əvəzinə söndürüb əl ilə aparmaq mümkündürmü? “Yəni motosikleti götürüb piyada keçidindən keçirirsən, əl ilə daşıyaraq gedirsən. Buna görə cərimə tətbiq olunurmu? Fırlanıb əlavə yol getməkdənsə, elə bu üsul daha məqsədəuyğun deyilmi?” , - deyə vətəndaş qeyd edib.Əgər motosiklet sürücüsü onu əl ilə, piyada kimi apararsa və piyada keçidindən keçərsə, bu halda inzibati məsuliyyət yaranırmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobil yolu ilə əks istiqamətdə hərəkət etmək nəinki sürücülər, piyadalar üçün də qadağandır.

Eldəniz Cəfərov

“Əgər motosiklet sürücüsü motosikletdən enirsə və onu əl ilə daşıyırsa, o artıq piyada hesab olunur və piyada keçidindən motosikletlə keçə bilər. Bu zaman hər hansı məhdudiyyət yoxdur. Amma avtomobil yolu ilə əks istiqamətdə hərəkət etmək nəinki sürücülər, həm də piyadalar üçün qadağandır. Piyada yalnız avtomobil yolunun kənarı ilə hərəkət edə bilər. Motosikletdən enmiş və onu əl ilə daşıyan şəxs də yalnız yolun kənarı ilə, digər yol iştirakçılarına mane olmamaq şərti ilə hərəkət edə bilər. Əks halda, motosiklet sürücüsü motosikleti idarə etməsə belə, inzibati məsuliyyətə cəlb oluna bilər”-deyə Eldəniz Cəfərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
bizimyol.info

1Mənbələr