AZ

Daha 149 nəfər Xocalıya qayıtdı

Bu gün Xocalı şəhərinə növbəti qayıdış baş tutub. 

Herbiand.az xəbər verir ki, bu mərhlədə 149 nəfərdən ibarət 30 ailə doğma Xocalıya qayıdıb.

12 ailə çoxmənzilli yaşayış binasında, 18 ailə isə bərpa edilmiş fərdi yaşayış evlərində yerləşdirilib. 

Sakinlərə yeni mənzillərinin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.



Seçilən
69
herbiand.az

1Mənbələr