AZ

İğdırda Xocalı soyqırımı mövzusunda konfrans keçiriləcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 16 fevral, AZƏRTAC

Fevralın 26-da Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı mövzusunda konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdiyi qanlı cinayətlərin 34-cü ildönümü ilə bağlı müzakirələr İğdır Universitetinin Karaağac kampusunda təşkil ediləcək.

Konfrans iştirakçıları qarşısında İğdır Universitetinin dosenti Suna Altan, Qafqaz Universitetinin (Qars) professoru Elnur Həsən Mikayıl və Qafqaz Universitetinin professoru Yaşar Köp çıxış edəcəklər.

İğdırdakı Azərbaycan Evi tədbirə təşkilati dəstək verəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
3
azertag.az

4Mənbələr