AZ

Rusiya: Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik

Rusiya: Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirmişik

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov fevralın əvvəlindən bəri Ukraynada 12 yaşayış məntəqəsini nəzarətə götürdüklərini bildirərək, "200 kvadrat kilometrdən çox ərazi nəzarətimizə keçib" deyib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Gerasimov Mərkəzi Hərbi Qrupunun idarəetmə mərkəzinə baş çəkib. Ukrayna müharibəsində iştirak edən qrupa bağlı bölmələri təftiş edən Gerasimova qrup komandanı Valeri Solodçuk cəbhədəki mövcud vəziyyət barədə məlumat verib.

Birlik komandirləri ilə iclas keçirən Gerasimov çıxışında Rusiya qüvvələrinin cəbhənin bütün istiqamətlərində irəliləyiş əldə etdiyini qeyd edib. Ən şiddətli döyüşlərin Mərkəzi Hərbi Qrupunun məsuliyyət zonasında baş verdiyinə diqqət çəkən Gerasimov, "Şimal" qrupu bölmələrinin Ukraynanın Sumı və Xarkov vilayətlərində təhlükəsizlik zonasını genişləndirməyə davam etdiyini bildirib.

Gerasimov həmçinin qeyd edib ki, "Cənub" qrupu bölmələri Donetsk vilayətində Slavyansk şəhərinə doğru irəliləyir, "Şərq" və "Dnepr" qruplarına bağlı qüvvələr isə Zaporojye istiqamətində irəliləyişlərini davam etdirirlər.

Baş Qərargah rəisi Gerasimov hərbçilərə müvafiq tapşırıqlarını verib.

Seçilən
12
afn.az

1Mənbələr