AZ

Avropa İttifaqından sosial şəbəkəyə qarşı sərt tədbir

"Avropa İttifaqına daxil olan ölkələr il ərzində yetkinlik yaşına çatmayan şəxslərin sosial şəbəkəyə çıxışını məhdudlaşdıran qanunlar qəbul edəcəklər. Rumıniya da bu siyasəti dəstəkləyəcək".

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Digi24" telekanalına Rumıniya prezidentinin müşaviri Sorin Kostrey deyib.

"Düşünürəm ki, yaxın bir il ərzində Avropanın, demək olar ki, bütün ölkələrində belə bir qanun qəbul ediləcək. Bu sahənin tənzimlənməsi zəruridir. Bəzi sosial şəbəkələr asılılıq yaradır. Bunu gənclərin tütün və alkoqola çıxışının məhdudlaşdırılması ilə müqayisə edərdim", - deyə Rumıniya rəsmisi bildirib.

Qeyd edək ki, ötən ilin sonlarında Avstraliyada 16 yaşından kiçik şəxslərin sosial şəbəkəyə çıxışını qadağan edən qanun qüvvəyə minib. Sözügedən qadağalara Fransa və Danimarka kimi bir sıra Avropa ölkələri də dəstək veriblər. Hər iki ölkə 2026-cı ildə müvafiq qanunlar qəbul etməyi planlaşdırır.

"Cebheinfo.az"

Seçilən
66
1
cebheinfo.az

2Mənbələr