AZ

SON DƏQİQƏ: Çörək BAHALAŞA bilər – 2 SƏBƏB

Yaxın aylarda çörək məhsullarının qiymətində artım ehtimalı istisna olunmur. Dünya bazarında unun qiymətində baş verən dəyişikliklər, həmçinin logistik və yanacaq xərclərinin artması çörəyin maya dəyərinə birbaşa təsir göstərir”. Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında səsləndirib.

V. Orucun sözlərinə görə, artıq ölkədə bəzi un məmulatlarında qiymət artımı müşahidə olunub:

“Baton çörəyin qiymətində isə 10 qəpiklik artım qeydə alınıb. Çörəyin qiymətinə əsas təsir edən amillərdən biri unun idxaldan asılı olmasıdır”.

Ekspert hesab edir ki, 2026-cı ildə çörək və digər un məmulatlarında qiymət artımı baş verərsə, bu artımın ümumilikdə 10 faizdən çox olmayacağı gözlənilir.

İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, nəzəri olaraq artım ehtimalı var:

“Biznesin xərcləri artıb. Çörək zavodlarının daşıma, istehsal xərclərində artım müşahidə olunur. Dizel yanacağının qiyməti artdıqdan sonra kommunal, enerji xərcləri də artıb. Bundan başqa, işçilərin əməkhaqqı da artıb. 2025-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 9,3 faiz artıb. Xammal qiymətlərində də cüzi artım olan kimi sahibkarlar məcburən qiymət artımına gedirlər. Çörəyin qiyməti həm də dənli bitkilərin, unun qiymətindən asılıdır. Hər bir halda yanvarın 1-dən çörək və un istehsalçılarının xərcləri artıb”.

Seçilən
78
3
veteninfo.az

4Mənbələr