Bakının Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da əməliyyatdan üç gün sonra 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əməliyyat fevralın 10-da olub:
“Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”.