AZ

Rəşad Sadıqov rəqibin oyununu izləmək üçün Şamaxıya yollandı

style='margin-bottom:10px;'>

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Şamaxı” öz meydanında “Turan Tovuz”u qəbul edir.

QOL.az-ın Şamaxıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, görüşü izləyənlər arasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da var. Mütəxəssis qarşılaşmanı köməkçisi Ağabala Ramazanovla birgə izləyir.

Sadıqovun Şamaxıya səfər etməsi səbəbsiz deyil. Belə ki, “Zirə” növbəti turda “Turan Tovuz”la qarşılaşacaq. R.Sadıqov da məhz bu səbəbdən vacib qarşılaşma öncəsi Tovuz klubunun oyununu canlı izləmək qərarına gəlib.

Xatırladaq ki, avrokuboklar mübarizəsi baxımından mühüm əhəmiyyət kəsb edən “Turan Tovuz” - “Zirə” görüşü fevralın 20-də “Azərsun Arena”da keçiriləcək. Qarşılaşma 17:00-da start götürəcək.

Seçilən
72
2
teleqraf.com

3Mənbələr