AZ

Politico: “Münhendə sərt ABŞ Avropa toqquşması”

ain.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, əsas müzakirə mövzuları arasında ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı “Sülh Şurası” yaradılması təşəbbüsü və Vaşinqtonun müttəfiqlərinə qarşı mövqeyi yer alıb. “Birləşmiş Ştatlara gərəkdir ki, Avropa “fövqəlgüc” olsun və hərbi münaqişə zamanı güclü müttəfiq kimi çıxış edə bilsin. Bu gün blokun birinci prioriteti Avropanın Ukraynada başlayan müdafiəsidir”, – xanım Kallas deyib. Avropa İttifaqı (Aİ) diplomatiyası rəhbərinin bəyanatı Uoltsun Avropanı illərlə aşağı səviyyəli müdafiə xərclərinə görə hərəkətsizlikdə ittiham etməsindən sonra səslənib. “Sülh Şurası”nı da tənqid edən Kaya Kallas onu hakimiyyət balansı olmayan struktur kimi qiymətləndirib. - Avropa diplomatiyası rəhbərinin fikrincə, “Sülh Şurası” Trampın şəxsi alətidir və bu, onu fələstinlilər və ya Birləşmiş Millətlər (BMT) qarşısında hər hansı məsuliyyətdən azad edir”, – Böyük Britaniyanın The Guardian nəşri yazır. Mayk Uolts isə, öz növbəsində, Fələstinin “HƏMAS” qrupunun Qəzzaya nəzarət etdiyi sonsuz müharibə ilə mövcud status-kvonun pozulmalı olduğunu bildirib. Onun sözlərinə görə, bəzi ölkələr “BMT sistemi vasitəsilə yenidənqurma üçün milyardlarla dollar ayırmağa hazır deyil”. The Guardian Kallasla ABŞ-nin BMT-dəki səfiri arasında müzakirəni “şiddətli deyişmə” kimi qiymətləndirib. Aİ diplomatiyasının rəhbəri, həmçinin “vəziyyəti sakitləşdirmək” üzrə konfransdan sonra Politico tərəfindən təsis edilən “nominasiyalardan” birini də qazanıb. O, Vaşinqtonun bir neçə müharibəni bitirməsi ilə bağlı Uoltsun sözlərinə reaksiyasına görə “ən pis poker siması” mükafatına layiq görülüb. Bununla bağlı “skeptisizmini gizlədə bilməyən” Kaya Kallas "yanaqlarını sıxıb və dodaqlarını büzüb". Onun üz ifadəsi Avropanın ABŞ-yə qarşı qıcığının simvoluna çevrildi. Almaniya kansleri Fridrix Merzin sözlərinə görə, “Avropa ilə ABŞ arasında uçurum, dərin çat yaranıb”. Aİ diplomatiyasının rəhbəri Uolts konfrans iştirakçılarına üzərində “BMT-ni yenidən möhtəşəm edək” yazısı olan mavi beysbol kepkası təqdim edərkən ona təşəkkür də etməyib. Bundan əvvəl isə Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun (SWP) politoloqu Pia Furhop vurğulamışdı ki, ABŞ dövlət katibi Marko Rubionun konfransdakı çıxışı nəzakətli olsa da, o, Avropanı MAGA (Make America Great Again) mentallığına cəlb etməyə çalışıb. “Rubionun əməkdaşlığa çağırışı əslində zəhərli hədiyyə idi”, – analitik iddia edib. Kallas–Uolts deyişməsindən əlavə, Politico ikinci ən böyük “döyüş”ə – Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə Çexiyanın baş nazirinin müavini Petr Matsinka arasındakı mübahisəyə diqqət çəkib. Avtomobilçilər Partiyasının təmsilçisi Matsinka Aİ-ni qeyri-demokratik olmaqda günahlandıraraq, seçicilərlə Brüssel qurumları arasında heç bir əlaqənin olmadığını iddia edib. Sikorski isə buna cavab olaraq Avropa Parlamentinin demokratik yolla seçildiyini, komissarların isə “demokratik yolla seçilmiş hökumətlər” tərəfindən təyin edildiyini diqqətə çatdırıb. Polşalı nazir həmçinin xatırladıb ki, Aİ komissarları kimi Çexiyanın nazirləri də birbaşa seçilmir. “Ən nəzərə çarpan fikir ayrılığı” konfransda iştirak etməyən, lakin “Corriere della Sera” nəşrinə müsahibəsində Almaniya kansleri Fridrix Mertsin “MAGA hərəkatının mədəniyyət müharibəsi”nin Avropa mənşəli olmadığına dair iddiası ilə razılaşmayan İtaliyanın Baş naziri Corca Melonidən gəlib. - Münhen Təhlükəsizlik Konfransında iştirak etmək əvəzinə, Meloni Afrikaya diplomatik səfərə yollanıb. Onun konfransda yoxluğu Avropanın müdafiəsində əsl gücün harada olduğunu xatırladıb”, – Politico vurğulayır. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
50
azvision.az

10Mənbələr