AZ

Rusiya qüvvələri daha bir ərazini işğal edib

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya hərbi qüvvələri Pokrovsk istiqamətində irəliləyərək yeni yaşayış məntəqəsini nəzarətə götürüb. 

Bu barədə analitik layihə olan "DeepState" məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri Pokrovsk və Mirnoqrad şəhərləri arasında yerləşən Rovnoye kəndini işğal edib. 

Analitiklərin məlumatına görə, düşmən Pokrovskun şimal-qərb hissəsində, Qrişino yaşayış məntəqəsi istiqamətində də irəliləyiş əldə edib.

Eyni zamanda, Mirnoqrad şəhərində “boz zona”nın bir hissəsinin mərkəzdə nəzarətə götürüldüyü qeyd olunur. Bundan başqa, Mirnoqradın şimalında yerləşən Rodinskoye qəsəbəsində də Rusiya qüvvələrinin irəlilədiyi, şəhərin şərq rayonlarında möhkəmləndiyi bildirilir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr