AZ

Yenikənd su anbarında ekoloji qanun pozuntuları aşkar olundu

Bakı.Trend:

Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində yerləşən Yenikəndsu anbarı və ətraf ərazilərində bir müddət əvvəl aparılmış ekolojimonitorinq və nəzarət tədbirləri zamanı bir sıra ekoloji qanunpozuntuları aşkar olunub.

Trend xəbərverir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatyayıb.

Bildirilir ki, qeydə alınan pozuntular su anbarında və ətrafsahələrdə ekoloji tarazlığa mənfi təsir göstərməklə yanaşı, ətrafmühitə, bütövlükdə ekosistemə zərər vurulması ilənəticələnirdi.

Yenikənd su anbarı və ətraf ərazilərində fasiləsiz müşahidələrinaparılması və operativ nəzarət tədbirlərinin həyata keçirilməsiməqsədilə pilot layihə çərçivəsində günəş bateriyaları ilə təchizedilmiş onlayn rejimdə işləyən 6 ədəd kamera quraşdırılıb. Görüləntədbirlər nəticəsində ərazidə ekoloji qanunvericiliyə ziddfəaliyyətlər aradan qaldırılıb, ətraf mühitə təsir göstərən neqativhalların qarşısı alınıb. Hazırda ərazinin fasiləsiz müşahidəsihəyata keçirilir.

Məqalədə:
Seçilən
84
13
az.trend.az

10Mənbələr