AZ

Proqram iştirakçısı: Bu cür layihələr ölkədə insan kapitalının güclənməsinə mühüm töhfə verir VİDEO

Bakı, 16 fevral, AZƏRTAC

Mən “IT SkillSprint” proqramı iştirak etməyə qərar verdim, çünki əsas məqsədim şəxsi və peşəkar inkişafımı gücləndirmək, xüsusilə IT ixtisası üzrə bilik və bacarıqlarımı daha da artırmaqdır.

Bunu AZƏRTAC-a açıqlamasında “IT SkillSprint” proqramının iştirakçısı Roman Quliyev bildirib.

Onun sözlərinə görə, müasir texnologiyalar sürətlə inkişaf etdiyi üçün bu sahədə daim öyrənmək və praktiki təcrübə qazanmaq vacibdir.

“Gələcəkdə beynəlxalq səviyyədə fəaliyyət göstərən nüfuzlu xarici şirkətlərlə əməkdaşlıq etmək, qlobal layihələrdə iştirak etmək və rəqabətqabiliyyətli IT mütəxəssisi kimi formalaşmaq mənim əsas hədəflərim sırasındadır. İnanıram ki, “IT SkillSprint” proqramının həyata keçirilməsi mənim üçün həm nəzəri biliklərin möhkəmlənməsi, həm də real iş mühitinə uyğun praktiki təcrübə qazanmaq baxımından çox faydalı olacaq. Bu cür təşəbbüslər gənclərin peşəkar istiqamətdə inkişafına ciddi dəstək verir”, - deyə Roman Quliyev vurğulayıb.

Proqram iştirakçısı əlavə edib ki, bu cür layihələr ölkədə insan kapitalının güclənməsinə və gənclərin beynəlxalq əmək bazarına inteqrasiyasına mühüm töhfə verir: “Bugünkü reallıqda Çin IT texnologiyaları və innovasiya sahəsində mühüm mövqeyə malikdir və bu, gənclər üçün yeni perspektivlər yaradır. Mənim əsas məqsədim müasir texnologiyaları dərindən mənimsəmək, beynəlxalq təcrübə əldə etmək və gələcəkdə həm ölkəm üçün faydalı, həm də qlobal səviyyədə rəqabət aparan peşəkar IT mütəxəssisi kimi fəaliyyət göstərməkdir”.

Seçilən
85
2
azertag.az

3Mənbələr