AZ

Ukraynada sabiq nazir mənimsəmədə təqsirləndirilir - Pulları övladlarının təhsilinə yönəldib

Ukraynanın sabiq energetika naziri German Qaluşenko çirkli pulların yuyulmasında və cinayətkar təşkilatda iştirakda şübhəli bilinir.

Bu barədə Obozrevatel.com nəşri məlumat verir.

Bildirilir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Qaluşenkonun "Midas" adlı araşdırma çərçivəsində şübhəli şəxs qismində tanındığını təsdiqləyib. İddia edilir ki, keçmiş nazir Ukraynanın energetika sektorundan mənimsənilən pulları əsasən övladlarının təhsil haqlarının ödənilməsinə sərf edib.

Xatırladaq ki, G.Qaluşenko ötən gün Ukraynanı tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bildirilir ki, daha əvvəl "Midas" işi üzrə şahid qismində dindirilən keçmiş energetika naziri hazırda şübhəli şəxs qismində cəlb olunub.
 
 

Seçilən
76
7news.az

1Mənbələr