AZ

AFFA rəsmisi "Qalatasaray"ın ÇL matçına təyinat aldı

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-dan daha bir təyinat alıb.

Fanat.Az xəbər verir ki, assosiasiya rəsmisi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 17-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.

Seçilən
54
22
fanat.az

10Mənbələr