AZ

Hindistanda 24 məktəb bomba ilə TƏHDİD OLUNUB

Ajans.az ANI xəbər agentliyinə istinadən xəbər verir ki, Təhlükəsizlik qüvvələri ştatın ən böyük şəhərləri olan Əhmədabad və Vadodarada yüksək hazırlıq vəziyyətinə gətirilib. Məktəblərin şagird və əməkdaşları təxliyə olunub. Hazırda kinoloji qruplar təhsil müəssisələrində partlayıcı qurğuların olub-olmadığını yoxlayır. Kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları isə təhdid məktublarının göndərildiyi mənbələri müəyyənləşdirmək və məsul şəxsləri tapmaq üçün araşdırma aparır. Qucarat ştat administrasiyası bildirib ki, məktəblərə qarşı bomba təhdidləri ciddi narahatlıq doğurur və mümkün terror təhlükəsi ilə bağlı bütün məlumatlar diqqətlə araşdırılır. Məlumata görə, Qucarat məktəblərinə göndərilən təhdid məktublarının mətni yanvar və fevral aylarında Yeni Dehlidə 10-dan çox məktəbin aldığı oxşar mesajlarla eynilik təşkil edir. Həmin halların sonradan yalan olduğu müəyyən edilib.

 

Seçilən
59
Ajans.az

1Mənbələr