AZ

Su təsərrüfatına 1 milyon ayrıldı

ain.az, Modern.az saytına istinadən bildirir.

"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi ölkənin su təsərrüfatı infrastrukturunun yenilənməsi və səmərəliliyin artırılması məqsədilə irimiqyaslı satınalma proseduruna start verib.

Modern.az xəbər verir ki, qurum müxtəlif növ nasos aqreqatlarının satınalınması üçün qiyməti 1 008 428,57 azn (bir milyon səkkiz min dörd yüz iyirmi səkkiz manat 57 qəpik) olan tender elan edib.

Bununla iri şəhərlərin su təchizatı və kanalizasiya sistemlərində istismar olunan texniki avadanlıqların yenilənməsi aparılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
modern.az

1Mənbələr