Model və realiti-şou ulduzu Kim Kardaşyan və reper Kanye Uestin qızı Nort öznün geyim, zərgərlik brendini yaratmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Bildirilir ki, Kim Kardaşyan yeni məhsul xətti olan "NOR11"ə görə müxtəlif kateqoriyalarda üç ticarət nişanı üçün müraciət edib. Ad, böyük qızının adının ilk üç hərfinin və geyim xəttini dizayn etdiyi yaşının birləşməsindən ibarətdir. Nort Uestin öz brendi altında geyim, aksesuar, saat və zərgərlik məhsulları istehsal etməsi gözlənilir.
Qeyd olunur ki, yanvar ayında Kanye Uestin 12 yaşlı qızı ilk dəfə səhnədə öz mahnısını ifa edib. O, atasının Meksikadakı konsertində 42.000 tamaşaçı qarşısına çıxıb.