Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna ordusu sıralarında döyüşən kolumbiyalıların sayı 7 minə çatıb.
Bu göstərici Kolumbiyanı Ukraynada döyüşən xarici vətəndaşlar arasında açıq fərqlə birinci yerə çıxarır.
"Cebheinfo.az" "BBC"yə istinadən bildirir ki, yalnız son dörd ay ərzində Ukraynaya təxminən 1200 kolumbiyalı gəlib.
Bu rəqəm ilin əvvəlində Qərb mediasında səsləndirilən 2 min nəfərlik proqnozdan xeyli yüksəkdir. Kolumbiyalı döyüşçülərin sayındakı bu sürətli artım Ukraynanın artan canlı qüvvə ehtiyacına işarə edir.
Xəbərdə vurğulanır ki, kolumbiyalı döyüşçülərin əhəmiyyətli hissəsi ciddi döyüş təcrübəsinə malikdir və onların hazırlıq səviyyəsi NATO standartlarına yaxındır.
Kolumbiyanın onilliklər ərzində FARC qiyamçıları və narkotik kartelləri ilə mübarizə apardığı nəzərə alınarsa, ABŞ dəstəyi ilə hazırlanmış hərbçiləri dünyanın ən təcrübəli döyüşçüləri sırasında göstərilir.
Bu təcrübəli hərbçilərin Ukraynaya axını Kiyev rəhbərliyi üçün mühüm üstünlük kimi qiymətləndirilir. Lakin döyüşlərdə ağır itkilər verən kolumbiyalılar da var.
Kiyevin mərkəzində yaradılan xatirə guşəsində Ukrayna bayraqları ilə yanaşı Kolumbiyanın üçrəngli bayraqları da yer alır.
“BBC” kolumbiyalı döyüşçülərin Ukrayna ordusundakı mövcudluğunu belə şərh edir:
“Ukraynanın itkiləri və artan canlı qüvvə ehtiyacı fonunda bu, ayrıca bir fenomenə çevrilib”.Kolumbiya ilə Ukrayna arasındakı bu insan axınının arxasında bir neçə səbəbin dayandığı bildirilir. Bunların başında kolumbiyalı hərbçilərin uzun illər davam edən daxili müharibə təcrübəsi gəlir.
ABŞ tərəfindən təmin edilən NATO standartlarına yaxın hərbi hazırlıq, Ukraynanın təklif etdiyi yüksək maaşlar, eləcə də Kolumbiyadakı iqtisadi çətinliklər və işsizlik muzdlu hərbçiliyə marağın əsas səbəbləri arasında göstərilir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.