AZ

Türkiyədə kömür mədənində uçqun baş verib - 3 nəfər dağıntılar altında qalıb

Türkiyənin Zonquldaq vilayətinin Kilimli rayonuna bağlı Gelik qəsəbəsində kömür mədənində uçqun baş verib.

Missiya.Az xəbər verir ki, uçqun nəticəsində 3 işçi mədəndə ilişib qalıb.

Məlumata görə, hadisə yerinə Təcili Tibbi Yardım, AFAD və jandarma qrupları cəlb olunub.

Hazırda işçilərin xilas edilməsi istiqamətində əməliyyat davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr