İstanbul, 16 fevral, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Zonquldağ vilayətində yerləşən kömür mədənində çökmə baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Zonquldağın Kilimıi rayonunun Gelik qəsəbəsində qeydə alınıb.
Qəza zamanı mədəndə 3 işçinin olduğu bildirilir. Onların axtarışı üçün bölgəyə xilasedicilər və təcili-tibbi yardım qrupları cəlb edilib.