AZ

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

Fevralın 16-da Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada Liviya ordusunun Baş Qərargah rəisi vəzifəsini icra edən Səlahəddin əl-Nəmruşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu iştirak edib.

Səlahəddin əl-Nəmruş keçən il dekabrın 23-də Ankara yaxınlığında qəzaya uğrayan təyyarədə olan Məhəmməd əl-Həddadın ölümündən sonra Liviya ordusunun Baş Qərargah rəisi vəzifəsini icra etməyə başlayıb.

Həmin faciə ilə əlaqədar Liviyada üçgünlük matəm elan edilmişdi. Hazırda insidentlə bağlı araşdırmalar davam edir.

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr