AZ

Turan Topalova: Bəzən tələbələr Dövlət Proqramına müraciət edərkən seçim qaydalarına nəzər yetirmirlər

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 16 fevral, AZƏRTAC

Bəzən tələbələr “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na müraciət edərkən seçim qaydalarına nəzər yetirmirlər.

Bunu AZƏRTAC-a müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, müraciət edən şəxslərə xarici ali təhsil müəssisəsinə qəbul sənədi ilə yanaşı, seçim qaydalarında hər təhsil səviyyəsi üzrə tələb olunan sənədləri də ardıcıllıqla təqdim etmələri tövsiyə olunur: “Tələb olunan sənədlər təqdim edilmədikdə namizədlərə yalnız bir dəfə əlavə şans verilir. Lakin sənədləri yenidən düzgün şəkildə təqdim etmədikləri təqdirdə həmin şəxslər müsahibə mərhələsinə dəvət olunmurlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
azertag.az

3Mənbələr