AZ

“İkinci zəhərlənmənin nə vaxt olacağını yalnız rusiyalı himayədarlar bilir” Saakaşvili

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada zəhərlənməsi ilə bağlı paylaşım edib.

Gununsesi.info bildirir ki, o, paylaşımında qeyd edib ki, Qərb ekspertləri Navalnının həbsxanada yalnız Rusiya hökumətinin istifadə edə biləcəyi nadir bir Cənubi Amerika zəhəri ilə zəhərləndiyini təsdiqləyiblər.

Saakaşvili bildirib ki, Putin həmişə Navalnını “Rusiyanın Saakaşvilisi” adlandırırdı və zəhərlənmədən bir müddət əvvəl Navalnı oliqarx hökumətinə qarşı mövqeyini sərtləşdirmişdi.

Onun sözlərinə görə, Navalnının mübadiləyə daxil edilməməsi üçün öldürülmə riski var:

“İvanişvili məndən daha çox qorxur, ona görə hər şeyə hazıram. İlk zəhərlənmə Qərb ekspertləri tərəfindən təsdiqləndi. İkinci zəhərlənmənin nə vaxt olacağını yalnız Cako və onun rusiyalı himayədarları bilir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
icma.az

1Mənbələr