AZ

Rubio: "BMT və Avropa ölkələri Ukraynada münaqişəni nizamlaya bilmədilər"

"Nə BMT, nə də Avropa ölkələri Ukraynada münaqişəni nizama sala bilmədilər"

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

"Mən yalnız onu deyəcəyəm ki, bu müharibəni bitirmək ABŞ-nin maraqlarına uyğundur. Biz buna nail olmaq üçün əlimizdən gələni edirik. Görünür, tərəfləri danışıqlar masasına oturtmağı bacaran dünyada yeganə ölkə bizik. BMT və Avropada heç bir ölkə bunu edə bilmədi", - deyə dövlət katibi bildirib.

Rubio əlavə edib ki, ABŞ-nin vasitəçiliyi ilə Ukrayna münaqişəsinin tərəfləri arasında dialoqu bərpa etmək mümkün olub:

"Uzun illər ərzində ilk dəfə həqiqətən texniki səviyyədə danışıqlarımız gedir, hər iki tərəfin hərbi dairələrinin nümayəndələri Yaxın Şərqdə görüşdülər. Cenevrədə bu danışıqları bərpa edəcəyik".

Seçilən
107
moderator.az

1Mənbələr