Sumqayıtda yaşayış binasının qarşısında yaranan vəziyyət narahatlıq doğurub.
Vətəndaşların sözlərinə görə, əməkdaşlar sözügedən yerdə ocaq qalayır və bu səbəbdən tüstü yerli sakinlərin gündəlik həyatına ciddi təsir göstərir.
"Tüstüyə görə nə pəncərələri aça bilirik, nə də paltarları çölə sərə bilirik. Həyətdə hərəkət etmək demək olar ki, mümkün deyil və bu vəziyyət sağlamlığımız üçün də ciddi təhlükə yaradır", - deyə şikayətçilər bildirib.
Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin aradan qaldırılmasını tələb edirlər.