AZ

Ramiz Mehdiyev və əlaltıları: islahatlara qarşı çıxan köhnə elitanın uğursuz oyunu

Bakı.Trend:

Son günlər Azərbaycan ictimai-siyasi gündəmi Ramiz Mehdiyev vəonun ətrafında formalaşmış qeyri-formal siyasi şəbəkə ilə bağlıyayılan istintaq materialları və media araşdırmaları fonunda ciddişəkildə dəyişib. Ortaya çıxan mənzərə təkcə ayrı-ayrı şəxslərinfəaliyyəti ilə bağlı deyil, illərlə qurulmuş və bu gün də müxtəlifformalarda yaşayan kölgə təsir sisteminin mövcudluğunu ortayaqoyur. Bu sistemin mərkəzində Mehdiyev dayanır, onun ətrafında isəƏli Kərimli, Qənimət Zahid, Fuad Qəhrəmanlı, Məmməd İbrahim vədigər fiqurlar bir növ siyasi və informasiya ötürücüsü rolunuoynayır.

Uzun illər dövlət idarəçiliyində ən mühüm mövqelərdən birinitutmuş Mehdiyev formal səlahiyyətlərini itirdikdən sonra siyasisəhnədən çəkilmiş kimi görünsə də, faktiki olaraq onun təsiriaradan qalxmayıb. Əksinə, müxtəlif kanallar vasitəsilə yenidəntəşkil olunmuş şəkildə davam etdirilib.

Son illər mediada və ictimai diskursda müşahidə edilən sistemlinarazılıq fonu, islahatların hədəfə alınması və ölkə rəhbərliyinəqarşı yönəlmiş koordinasiyalı tənqid dalğası təsadüfi deyil. Bunlarköhnə nüfuz sahiblərinin yeni reallıqlarla barışmaq istəməməsininnəticəsidir.

Xüsusilə diqqət çəkən məqam odur ki, bu fəaliyyət açıq siyasimübarizə formasında deyil, daha çox passiv müqavimət şəklindəaparılıb. Söhbət mitinqlərdən və ya birbaşa çağırışlardan getmir,söhbət informasiya mühitində aparılan səssiz, amma davamlımanipulyasiyadan gedir. İslahatlar ardıcıl şəkildə gözdən salınır,yeni idarəetmə mexanizmləri etibarsız kimi təqdim edilir,cəmiyyətdə qərarverici mərkəzlərə qarşı inamsızlıq yaradılır. Bu,klassik destabilizasiya strategiyasıdır və o, birbaşa qarşıdurmadandaha təhlükəlidir.

İstintaq materialları və araşdırmalar göstərir ki, Mehdiyevətrafında formalaşmış bu şəbəkə yalnız daxili siyasi narazılıqdanqaynaqlanmır. Onun xarici güc mərkəzləri ilə kəsişən maraqları var.Qonşu ölkənin xüsusi xidmət orqanlarının təsir dairəsindəformalaşmış əlaqələr bu şəbəkəyə əlavə güc verib və onu regionalgeosiyasi oyunların bir hissəsinə çevirib. Xarici aktorlar üçün bucür daxili təsir kanalları son dərəcə qiymətlidir, çünki onlar birölkəni xaricdən deyil, öz daxilindən yönləndirməyə imkan verir.

Beynəlxalq siyasi praktikada Ramiz Mehdiyevin bu davranış modeli“latent influence preservation” – yəni vəzifədən getdikdən sonratəsir şəbəkəsinin qorunması adlanır. Bu modeldə şəxs formalhakimiyyətini itirsə də, real təsir imkanlarını saxlayır. O, mediaüzərində qeyri-rəsmi nəzarət mexanizmləri qurur, dövlət aparatındahələ də ona bağlı olan kadrlar vasitəsilə prosesləri izləyir vəictimai rəyə lazım olan istiqamətdə müdaxilə edir. Bu kölgə təsirmexanizminin ən təhlükəli tərəflərindən biri onun ictimai diskursüzərində qurduğu nəzarətdir. Ramiz Mehdiyev və onun şəbəkəsi formalhakimiyyətdən kənarda qalsa da, informasiya məkanında aktiv olaraqqalmaqla, xarici qüvvələrin maraqlarına uyğun tezislərin sistemlişəkildə dövriyyəyə buraxılmasını təmin edib. Mehdiyev üçün ƏliKərimli və onun siyasi mühiti bu mexanizmin ən vacib alətlərindənbiri olub. Dövlət daxilində itirilmiş rıçaqlar müxalifət və mediavasitəsilə kompensasiya olunub.

Bu nöqtədə əsas paradoks ortaya çıxır: özünü müxalifət kimitəqdim edən bu qrup əslində köhnə sistemin davamıdır. Onların əsasproblemi mövcud hakimiyyət yox, aparılan islahatlardır. Çünkiislahatlar Mehdiyevin illərlə qurduğu patronaj və təsir şəbəkəsinidağıdır, şəxsi loyallıqlar üzərində qurulmuş qeyri-formalidarəetməni sıradan çıxarır. Buna görə də bu qrup dəyişikliklərəqarşı mübarizəni demokratiya və azadlıq ritorikası altında aparır,amma mahiyyət etibarilə keçmiş mövqelərini qorumağa çalışıb.

Ortaya çıxan tablo göstərir ki, Ramiz Mehdiyev və onunətrafındakı fiqurlar təkcə siyasi aktorlar deyil, köhnə idarəetməmodelinin kölgədə qalmış mexanizmləridir. Bu mexanizmlər Azərbaycandövlətinin yenilənməsinə, institusional güclənməsinə və suverenqərarvermə qabiliyyətinə qarşı işləyib. Bugünkü istintaq prosesitəkcə hüquqi məsuliyyət məsələsi deyil, eyni zamanda dövlətin özünübu kölgə təsirlərindən təmizləməsi mərhələsidir. Çünki söhbət birneçə adın taleyindən yox, dövlətin gələcəyini kölgədən idarə etməkistəyən bir sistemin tarix səhnəsindən silinməsindən gedir.

Seçilən
44
2
az.trend.az

3Mənbələr