AZ

Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək

Bakı, 16 fevral, AZƏRTAC

Gəncə Dövlət Milli Dram Teatrı aprelin 11-dən 26-dək keçiriləcək “5-ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, İtaliya, Fransa, Rumıniya, Şri Lanka, Maldova, İordaniya, Gürcüstan, HonKong, Türkiyə kimi teatrların yer aldığı festivala Gəncə teatrı Ə. Haqverdiyevin “Pəri cadu” tamaşası ilə qatılacaq.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Mirzə Mehdidir. Rollarda Əməkdar artistlər Kəmalə Məmmədova, Sevda Orucova, aktyorlar Günay Cabbarova, Sevinc Hüseynova, Murad Meyfəliyev, Emil Salmanov, Elmir Məmmədov İştirak edirlər.

Qeyd edək ki, Avrasiya Teatrlar Birliyinin Azərbaycan Təmsilçisi Yusif Cəfərov festivalın “Beynəlxalq əlaqələr” şöbəsində təmsil olunur və yuxarıda adıçəkilən xarici ölkə teatrlarının hər biri onun dəvəti ilə festivalda iştirak edəcəklər.

Seçilən
66
1
azertag.az

2Mənbələr