AZ

Azərbaycan Böyük Britaniyadan toyuq ətinin tədarükünü bərpa edib

Ötən il Azərbaycan 43,5 milyon ABŞ dolları dəyərində 26 min 521 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 31 % azdır.

Hesabat dövründə Azərbaycana Ukraynadan 19,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 26 % az) 12 min 38 ton (-27 %), Rusiyadan 10,2 milyon ABŞ dolları dəyərində (-59 %) 6 min 662 ton (-50 %), Gürcüstandan 6,7 milyon ABŞ dolları dəyərində (+57 %) 2 min 783 ton (+29 %), Belarusdan 4,4 milyon ABŞ dolları dəyərində (-41 %) 3 min 891 ton (-26 %), Özbəkistandan 2,3 milyon ABŞ dolları dəyərində (-28 %) 837 ton (-37 %) məhsul gətirilib.

Azərbaycan 8 il 2 ayın tamamında Böyük Britaniyadan (10,6 min ABŞ dolları dəyərində 0,65 ton) tədarükü bərpa edib.

Seçilən
42
1
far.az

2Mənbələr