AZ

Zəngilanda yeni yaşayış məhəlləsinin salınması üçün 34 milyon manat ayrılacaq

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Zəngilan şəhəri ərazisində salınacaq ikinci yaşayış məhəlləsində tikinti və quraşdırma işlərinin həyata keçirilməsi məqsədilə tender müsabiqəsi elan edilib.

Oxu.Az-ın məlumatına əsasən, lazımi işlər üçün sifarişçi tərəfindən ümumilikdə 33 milyon 898 min 511 manat məbləğində vəsaitin ödənilməsi planlaşdırılır.

Həyata keçiriləcək layihə çərçivəsində görülməsi nəzərdə tutulan konkret işlərin detalları barədə hələlik açıqlama verilməyib.

Məlumat üçün bildirək ki, tender müsabiqəsinə qatılmaq üçün müəyyən edilmiş iştirak haqqı 5 min 84.78 manat təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
oxu.az

1Mənbələr