AZ

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşımübarizə üzrə Komissiyasının iclası keçirilib.

Trend xəbər verir ki,Komissiyanın sədri Samir Nuriyev çıxış edərək AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilənkorrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədəməlumat verib. Eyni zamanda, qanunvericiliyə edilmişdəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərətəsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Komissiya sədri bildirib ki, 2025-ci il ərzində korrupsiyarisklərinin idarə edilməsinə dair yeni mexanizm qanunvericilikdətəsbit edilib, korrupsiya barədə məlumat verən şəxslərinhüquqlarının müdafiəsi istiqamətində müvafiq normalarqanunvericiliyə əlavə olunub. Həmçinin vətəndaş cəmiyyətinümayəndələrinin korrupsiya ilə mübarizə fəaliyyətindəiştirakçılıqları təmin olunmaqla qeyri-hökumət təşkilatlarınınnümayəndələri və müstəqil ekspertlər işçi qrupların fəaliyyətinəcəlb ediliblər.

Bununla yanaşı, 2025-ci il ərzində korrupsiya ilə mübarizəsahəsində dövlət proqramlarının qiymətləndirilməsi üzrənəticəəsaslı monitorinq mexanizminin əsasları müəyyənləşdirilib.Belə ki, keçən dövr ərzində Komissiyanın Katibliyi tərəfindənvətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Korrupsiya iləmübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün MilliFəaliyyət Planı”nın monitorinqi və qiymətləndirilməsiMetodologiyası” hazırlanıb. Bu mexanizm korrupsiya ilə mübarizətədbirlərinin dəqiq meyarlar əsasında qiymətləndirilməsinə şəraityaradacaq.

İclasda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıqməsələləri də müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsindəKorrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) vəİqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa vəMərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) 5-cidəyərləndirmə raundu çərçivəsində Azərbaycan Respublikası üzrəverdiyi tövsiyələrin icra vəziyyətinə dair qəbul edilmişhesabatların nəticələri də müzakirə olunub. Bu istiqamətdə görülmüşişlər qənaətbəxş hesab olunaraq tövsiyələrin icrası ilə bağlıtədbirlərin davam etdirilməsi qərara alınıb.

Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsindəbeynəlxalq təşəbbüslərdə iştirakı, korrupsiya ilə mübarizədəvəkilliyin rolu və bu istiqamətdə aparılan son islahatlar barədəməruzələr dinlənilib. Eləcə də şəffaflığın artırılması vəkorrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçünverilən təkliflər müzakirə edilib.

Həmçinin Komissiyanın Katibliyi tərəfindən hazırlanmışkorrupsiya risklərinin idarə edilməsi qaydalarının layihəsiməqsədəmüvafiq hesab olunub, növbəti dövr üçün iş planıtəsdiqlənib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
101
35
az.trend.az

10Mənbələr