"X" şirkətinin sosial media platformasında giriş problemi yaşanır.
Marja xəbər verir ki, xidmət fasilələrini izləyən Downdetector saytının məlumatına görə, Bakı vaxtı ilə saat 17:00-dan etibarən "X"ə girişdə problem yaşanmağa başlayıb.
Sosial media platformasının istifadəçiləri sözügedən platformaya daxil ola bilmədikləri ilə bağlı şikayətlərini yazıblar.
İstifadəçi şikayətlərindən məlum olur ki, X-ə giriş problemi bir çox ölkədə müşahidə edilir.