AZ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

Milli Hidrometeorologiya Xidməti fevralın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

Seçilən
72
49
azerbaijan-news.az

10Mənbələr